brown wheat at daytime

Taxıllarda Məsləhət Planı

  • Doza: APALIQUA NP 11-37 -100-150 kq /ha

  • Tətbiq Zamanı: Əkin qabağı (torpağa çiləmə üsulu ilə)

  • Tətbiq Üsulu:

    • Gübrə torpağa çilənərək əkin qabağı tətbiq olunmalıdır

    • Torpağa bərabər şəkildə yayılmasına diqqət yetirilməlidir.

Qeyd: Tətbiqdən sonra torpağın 5-10 sm dərinliyinə diskli mala ilə qarışdırılması məsləhətdir.

Əkin qabağı tətbiqi:

Vegetasiya başladıqda- yazda tətbiqi:

arpa yetistiriciliyi
arpa yetistiriciliyi
  • Doza: APALIQUA NP 11-37 20-30 kq/ha

  • Həll Edilməsi: 300 litr suda

  • Tətbiq Zamanı: Yazın əvvəli vegeqasiya mövsümünün başlanğıcından etibarən

  • Tətbiq Üsulu:

    • Maye gübrənin yarpaqdan 2 dəfə tətbiq edilməsi daha məqsədə uyğundur (yazda, bitkinin böyümə dövrünün başlanğıcında kollanmanın əvvəlinəd və boruya çıxma mərhələsində).

    • Çiləmə axşam saatlarında iri dənəvari damcılar şəklində tətbiq olunmalıdır. Məqsəd damcıların müəyyən hissəsinin torpağa düşməsi və köklər vasitəsi ilə mənimsənilməsidir.

Hər 1 Ton Buğda, Arpa, üçün tələb olunan Azot Fosfor Kalium Kükürd və Maqnezium miqdarları aşağıdakı kimidir:

  • Azot (N): 20-25 kg

  • Fosfor (P₂O₅): 10-15 kg

  • Kalium (K₂O): 10-15 kg

  • Kükürd (S): 5-8 kg

  • Maqnezium (Mg): 3-5 kg

Bu dəyərlər təxmini olaraq verilib və yerli torpaq şəraiti, gübrə tərkibi və bitki növünə görə dəyişə bilər. Biz Gübrə tətbiqini torpağın analizi və mövcud mikroelementlərə görə tənzimləməyi tövsiyə edirik. Bu məqsədlə, yerli fermerlər torpaq analizləri etməklə düzgün gübrə miqdarını müəyyən edə bilərlər.

bugda yetisticiliyi
bugda yetisticiliyi